Qazma-partlayış işləri
Sifarişçi şirkətlə birgə partlayış quyularının qazılması üçün topoqrafik ölçülərin aparılması, quyuların diametrini, dərinliyini göstərməklə partlayış quyularının bayraqlanması və nömrələnməsi, sonra partlayış quyularının qazma dəzgahları vasitəsilə qazılması, quyuların partlayıcı maddələrlə doldurulması və tıxac materialla kipləşdirilməsi, partlayış işlərini həyata keçirməzdən əvvəl işçi qüvvənin və texnikanın həmin ərazidən uzaqlaşdırılması, SƏTƏM əməkdaşları tərəfindən ərazinin təkrar təhlükəsizliyinin yoxlanması və partlayış işlərinin həyata keçirilməsi işlərini icra edirik.